...

Rusiya Avropa Şurasının önəmli üzvüdür - AŞ PA sədri

Siyasət Materials 25 Yanvar 2010 17:08 (UTC +04:00)
Rusiya Avropa Şurasının önəmli üzvlərindəndir. Trend News-un məlumatına görə, bu fikirləri bazar ertəsi AŞ PA-nın yeni sədri, Türkiyənin qurumdakı nümayəndə heyətinin sədri Mövlud Çavuşoğlu bildirib.
Rusiya Avropa Şurasının önəmli üzvüdür - AŞ PA sədri

Fransa, Strasburq, 25 yanvar / Trend , müxbir A.Məhərrəmli/

Rusiya Avropa Şurasının önəmli üzvlərindəndir. Trend -un məlumatına görə, bu fikirləri bazar ertəsi AŞ PA-nın yeni sədri, Türkiyənin qurumdakı nümayəndə heyətinin sədri Mövlud Çavuşoğlu bildirib.

"Rusiya Federasiyasının qurumda daha fəal olmasına çalışacam. Təbii ki, bu istiqamətdə AŞ PA siyasi komitələri və siyasi qrupları fəal olmalıdır. Bundan əlavə, Gürcüstan-Rusiya məsələsi ilə bağlı tərəflər arasında səmimi dialoqun aparılmasına ehtiyac var. AŞ PA sədri kimi, bu məsələdə əlimdən gələni edəcəm", - Mövlud Çavuşoğlu deyib.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun 26-da Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb, sentyabrın 9-da isə qondarma respublikalarla diplomatik əlaqələr qurub.

AŞ PA Gürcüstan-Rusiya münasibətləri ilə bağlı qətnamə qəbul edib.

Xəbər lenti

Xəbər lenti