...

Azərbaycan paytaxtında polis zabiti soyğunçuluğa məruz qalıb

Siyasət Materials 27 Yanvar 2010 17:20 (UTC +04:00)
Nərimanov rayon Polis İdarəsindən Trend News-a verilən məlumata görə, 267 saylı sərnişin avtobusunda Şəki rayon polis şöbəsinin sahə inspektoru, polis kapitanı Yavər Ələfsər oğlu Xalıqov naməlum şəxs tərəfindən qarət edilib.
Azərbaycan paytaxtında polis zabiti soyğunçuluğa məruz qalıb

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycan paytaxtında polis zabiti soyğunçuluğa məruz qalıb.

Nərimanov rayon Polis İdarəsindən Trend -a verilən məlumata görə, 267 saylı sərnişin avtobusunda Şəki rayon polis şöbəsinin sahə inspektoru, polis kapitanı Yavər Ələfsər oğlu Xalıqov naməlum şəxs tərəfindən qarət edilib.

Naməlum şəxs Xalıqovun cibindən 20 manat pulunu, şəxsiyyət və xidməti vəsiqələrini oğurlayıb. Hazırda polis zabitini soyan şəxsin müəyyən edilərək tutulması üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti