Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir T.Cəfərov/
Bakıda səfərdə olan İran xarici işlər nazirinin müavini Həsən Qaşqavi viza rejiminin ləğvi barədə qərarın İrana səfər edəcək Azərbaycan jurnalistlərinə şamil edilməyəcəyini bildirib. "Jurnalistlər üçün viza ləğv olunmur, onlar İrana getmək üçün mətbuat nümayəndələrinə aid viza almalıdırlar", - Qaşqavi deyib.
İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib və fevralın 1-dən etibarən İrana gedən Azərbaycan vətəndaşlarından viza tələb olunmayacaq.