Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Münhendə Alman-Azərbaycan Forumunun üzvləri ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Görüşdə iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı istiqamətində forumun keçirdiyi tədbirlərin əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, Alman-Azərbaycan Forumu iki ölkə arasında müxtəlif sahələrə dair yeni layihələr həyata keçirmək niyyətindədir və Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı fikirləri böyük maraq doğurur.
İlham Əliyev Münhendə Alman-Azərbaycan Forumunun üzvləri ilə görüşüb
Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Münhendə Alman-Azərbaycan Forumunun üzvləri ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
