Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir S.Ağayeva/
ABŞ konqresmeni Mayk MakMahon Azərbaycan üzrə İşçi Qrupuna qoşulub. Bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyindən məlumat verilib, məlumatı bazar ertəsi Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
2008-ci ildə Nümayəndələr Palatasında Nyu-York ştatını təmsil edən demokrat konqresmen MakMahon Palatanın Xarici məsələlər komitəsinin Avropa məsələləri üzrə alt komitəsinin üzvüdür. O, həmçinin Palatanın Nəqliyyat və infrastruktur Komitəsinin də üzvüdür.
Konqresmen MakMahonun İşçi Qrupuna qoşulması ilə birlikdə Qrupun üzvlərinin sayı yenidən 42-yə yüksəlib. Cari ilin əvvəlində konqresmen Robert Vekslerin istefası ilə əlaqədar Qrup üzvlərinin sayı 41-ə enib.