...

İsrail XİN rəhbərinin Azərbaycana səfəri başlanıb (FOTO)

Siyasət Materials 9 Fevral 2010 11:47 (UTC +04:00)
İsrail xarici işlər naziri Aviqdor Libermanın çərşənbə günü Bakıya üç gün davam edəcək rəsmi səfəri başlanıb.
İsrail XİN rəhbərinin Azərbaycana səfəri başlanıb (FOTO)

Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir Ü.Sadıxova/

İsrail xarici işlər naziri Aviqdor Libermanın çərşənbə günü Bakıya üç gün davam edəcək rəsmi səfəri başlanıb.

Azərbaycan və İsrail tərəfi səfər çərçivəsində siyasi məsələləri, həmçinin təhlükəsizlik məsələlərini müzakirə etmək niyyətindədir.

Bu, Libermanın nazır qismində Bakıya ilk səfəridir. O, bu posta ötən il seçilib.

Səfər çərçivəsində İsrail XİN rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, həmçinin fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Milli Məclisin Spikeri Oktay Əsədov ilə görüşəcək.

İsrail naziri özünün üçgünlük səfəri zamanı Azərbaycandakı yəhudi cəmiyyətinin rəhbəri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti