...

Bakıda yaranan enerji böhranı ilə əlaqədar işıqforların işləməməsi problemlər yaradıb - BŞDYPİ

Siyasət Materials 9 Fevral 2010 12:42 (UTC +04:00)
Bakıda yaranan enerji böhranı ilə əlaqədar küçə və prospektlərdə işıqforların işləməməsi problemlər yaradıb.
Bakıda yaranan enerji böhranı ilə əlaqədar işıqforların işləməməsi problemlər yaradıb - BŞDYPİ

Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Bakıda yaranan enerji böhranı ilə əlaqədar küçə və prospektlərdə işıqforların işləməməsi problemlər yaradıb.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəmşid Hənifəyev çərşənbə axşamı Trend -a bildirib ki, işıqfor işləməyən ərazilərdə nəqliyyatın və piyadaların hərəkətini yol polisi əməkdaşları tənzimləyir.

Onun sözlərinə görə, işıqforların işləməməsi səbəbindən paytaxtın Bakıxanov, Fizuli-Rəşid Behbudov, Azadlıq-28 May, Neftçilər prospekti-Bülbül, Şıxəli Qurbanov küçələrində tıxaclar yaranıb.

Xəbər lenti

Xəbər lenti