...

Vaşinqtonda Xocalı faciəsinin qurbanlarının xatirəsi yad ediləcək

Siyasət Materials 10 Fevral 2010 12:36 (UTC +04:00)
Vaşinqtonda Corc Vaşinton Universitetində fevralın 26-da Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbir keçiriləcək. Bu barədə Azərbaycanın Amerika Şurasının məlumatında bildirilib. Tədbir Azərbaycan-Amerika Şurası (AAŞ), Azərbaycanın Amerika İcması (ASA), Corc Vaşinqton Universitetinin Türkiyə Tələbə Assosiasiyası (GWU-ВСТ), Türkiyə-Amerika Assosiasiyayaları Assambleyası (ATAA), Vaşinqton Türklərinin Amerika Assosiasiyası (ATA-DC) və "Pax Turcica" təşəbbüsü ilə təşkil olunacaq.
Vaşinqtonda Xocalı faciəsinin qurbanlarının xatirəsi yad ediləcək

Azərbaycan, Bakı, 10 fevral / Trend /

Vaşinqtonda Corc Vaşinton Universitetində fevralın 26-da Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbir keçiriləcək. Bu barədə Azərbaycanın Amerika Şurasının məlumatında bildirilib. Tədbir Azərbaycan- Amerika Şurası (AAŞ), Azərbaycanın Amerika İcması (ASA), Corc Vaşinqton Universitetinin Türkiyə Tələbə Assosiasiyası (GWU-ВСТ), Türkiyə-Amerika Assosiasiyayaları Assambleyası (ATAA), Vaşinqton Türklərinin Amerika Assosiasiyası (ATA-DC) və "Pax Turcica" təşəbbüsü ilə təşkil olunacaq.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq vaxt ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Xəbər lenti

Xəbər lenti