...

Azərbaycanda görkəmli şəxsiyyətlərin adlarının QHT adlarında istifadəsinə qadağa qoyuldu

Siyasət Materials 12 Fevral 2010 14:33 (UTC +04:00)
Azərbaycan Parlamentinin cümə günü keçirilən iclasında “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxlərin hüquqi vəziyyəti haqqında” qanuna əlavələr və dəyişikliklər edilib.
Azərbaycanda görkəmli şəxsiyyətlərin adlarının QHT adlarında istifadəsinə qadağa qoyuldu

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin cümə günü keçirilən iclasında "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxlərin hüquqi vəziyyəti haqqında" qanuna əlavələr və dəyişikliklər edilib.

Trend -un məlumatına görə, qanuna edilən dəyişikliyə görə qeyri-hökumət təşkilatlarının adında Azərbaycanın dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz.

"Görkəmli şəxsiyyətlərin siyahısına kimlərin aid olması problem yaradacaq. Çünki bir çox insanların ailələri hesab edirlər ki, onun da yaxını görkəmli şəxsiyyətdir və həmin sıraya aid edilməlidir", - Trend -un məlumatına görə, cümə günü millət vəkili Qənirə Paşayeva bildirib.

Paşayevanın sözlərinə görə, bəzən QHT-lər respublikanın dövlət orqanlarının, yaxud tanınmış, görkəmli şəxsiyyətlərinin adlarını verirlər.

"Bu təşkilatların bəziləri xoşagəlməz işlərlə də məşğul olurlar. Təbii ki, bu, çox narahatlıq doğurur. Ona görə hesab edirəm ki, bu məsələ qanunvericiliklə tənzimlənməlidir", - millət vəkili əlavə edib.

Onun fikrincə, tanınmış insanların adlarından istifadə məsələsinin də tənzimlənməsinə ehtiyac var.

Xəbər lenti

Xəbər lenti