Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir S.Ağayev/
Azərbaycan və GUAM arasında əməkdaşlıq perspektivləri Azərbaycanın XİN-in rəhbəri Elmar Məmmədyarov və GUAM-ın Baş katibi Valeri Çeçelaşvili tərəfindən müzakirə edilib. Bu barədə XİN-in mətbuat mərkəzindən məlumat verilib.
Görüşdə iqtisadi əməkdaşlıq, humanitar, nəqliyyat layihələri üzrə GUAM-ın beynəlxalq təşkilatlarda fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.