Gürcüstan, Tbilisi, 18 fevral / Trend , müxbir N.Kirsxaliya/
Gürcüstan Prezidenti Mixail Sakaşvili Böyük Biritaniyada rəsmi səfərdədir. Bu barədə Gürcüstan Prezidentinin administrasiyası Trend -a məlumat verib.
Administrasiyanın məlumatına əsasən, Sakaşvilinin səfəri iki gün davam edəcək. Səfərdə rəsmi şəxslərlə görüş nəzərdə tutulur. Sakaşvili Londona Olimpiya oyunlarının açılışının keçirildiyi Vankuverdən gəlib.
Gürcüstan Prezidenti dünən Krallığın beynəlxalq əlaqələr universitetində çıxış edib.