Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir A.Hüseynbala/
Azərbaycan Parlamentinin komitə sədri bildirib ki, bələdiyyələrə müxtəlif səlahiyyətlər veriləcək.
"Biz hazırda bələdiyyələrə veriləcək əlavə səlahiyyətlərin mexanizmini hazırlayırıq", - Trend -un məlumatına görə, cümə axşamı jurnalistlərə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.
Rəhimzadənin sözlərinə görə, layihə ilə bağlı müəyyən fikir ayrılıqları var.
"Bəzilərinin fikrincə, bir çox məsələlərə az yer verilir, digərləri isə iddia edir ki, çox ciddi qanun olduğundan, bu formada qəbul etmək mümkün deyil", - komitə sədri əlavə edib.
Onun fikrincə, məhz bu məsələlər qanun layihəsinin qəbulunu ləngidir.
Kommunal xidmət sahələrinin bələdiyyələrin tabeliyinə verilməsi məsələsinə gəldikdə, komitə sədri deyib ki, layihədə konkret hansısa səlahiyyətin verilib-verilməməsindən söhbət getmir. "Qanun layihəsində səlahiyyətlərin verilməsi, yoxlanılması və icra mexanizmi nəzərdə tutulur", - o vurğulayıb.
Rəhimzadə layihənin parlamentin yaz sessiyasında müzakirəyə çıxarılıb-çıxarılmayacağının isə, hələ ki, məlum olmadiğini qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]