...

Azərbaycan Parlamentinin növbəti iclasında bələdiyyələrin illik fəaliyyəti müzakirə olunacaq

Siyasət Materials 22 Fevral 2010 10:48 (UTC +04:00)
"Parlamentin fevralın 23-də keçiriləcək iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi müzakirəyə çıxarılacaq", - bazar ertəsi Trend News-a Milli Məclisin mətbuat xidmətindən bildilib.
Azərbaycan Parlamentinin növbəti iclasında  bələdiyyələrin illik fəaliyyəti müzakirə olunacaq

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin növbəti iclasında bələdiyyələrin illik fəaliyyəti müzakirə olunacaq.

"Parlamentin fevralın 23-də keçiriləcək iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi müzakirəyə çıxarılacaq", - bazar ertəsi Trend -a Milli Məclisin mətbuat xidmətindən bildilib.

Yaz sessiyasının növbəti iclasında Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya qanunun layihəsi də gündəliyə salınıb. "Bundan başqa, 2009-cu il martın 18-də keçirilən referendum nəticəsində qəbul edilən "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktının tətbiqi ilə əlaqədar "Azərbaycanın iqtisadi müstəqilliyinin əsasları haqqında" Konstitusiya qanununun layihəsi də müzakirə olunacaq", - məlumatda vurğulanır.

Parlamentin sabah keçiriləcək iclasında "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq. "İclasın gündəliyində Mülki Məcəlləyə dəyişiklik və əlavə edilməsi barədə qanun layihəsi də var", - məlumatda bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti