Gürcüstan, Tbilisi, 01 mart / Trend , müxbir N.Kirsxaliya/
Martın 1-dən Gürcüstanın İctimai yayımında etnik azlıqların dillərində yayım yeni formatda başlayacaq. Onların arasında Azərbaycan studiyası da var. Bu studiya Azərbaycan dilində yayımlanacaq.
Yeni formatın tətbiqində məqsəd ölkədə baş verən hadisələrin milli azlıqların nümayəndələrinə operativ ötürülməsidir. Milli azlıqlar üçün xəbərlərin hazırlanması hər gün həyata keçiriləcək.
Birinci kanalın rəhbərliyinin qərarı ilə telekanalda yayımlanan "Bizim həyət" verilişi milli azlıqların dillərinə tərcümə ediləcək.
İctimai yayımın milli azlıqlar üçün yeni formatda yayımlanmasına sosiol sorğu əsasında zərurət yaranıb.