...

İlham Əliyev Bolqarıstan Prezidentini təbrik edib

Siyasət Materials 2 Mart 2010 20:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Georgi Pırvanova ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Bolqarıstan Prezidentini təbrik edib

Trend-i buradan izləyin

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Georgi Pırvanova ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Bu gün Azərbaycan-Bolqarıstan münasibətləri hərtərəfli inkişaf yolundadır. Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə, Avropa İttifaqının həyata keçirdiyi proqram və layihələr çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da ardıcıl səylər göstərəcəyik", - təbrik məktubunda deyilir.

İlham Əliyev Georgi Pırvanova möhkəm cansağlığı, səadət, işlərində uğurlar, dost Bolqarıstan xalqına sülh və tərəqqi arzulayıb.

Xəbər lenti

Xəbər lenti