...

ABŞ-da qondarma "erməni soyqırımı"nın tanınması prosesinin davamı olmayacaq - ekspert Mark Kats

Siyasət Materials 5 Mart 2010 14:43 (UTC +04:00)
Konqresin Nümayəndələr Palatası və Senat Xarici əlaqələr komitəsi tərəfindən tanınan "erməni soyqırımı"na dair qətnaməni çətin ki dəstəkləsin. Cənubi Qafqaz və Türkiyə üzrə amerikalı ekspert Mark Kats belə hesab edir.
ABŞ-da qondarma "erməni soyqırımı"nın tanınması prosesinin davamı olmayacaq - ekspert Mark Kats

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir E.Tarıverdiyeva/

Konqresin Nümayəndələr Palatası və Senat Xarici əlaqələr komitəsi tərəfindən tanınan "erməni soyqırımı"na dair qətnaməni çətin ki dəstəkləsin. Cənubi Qafqaz və Türkiyə üzrə amerikalı ekspert Mark Kats belə hesab edir.

"Qətnamə Nümayəndələr Palatası tərəfindən qəbul olunacaqmı? Ümumilikdə, Senat bu qətnaməyə səs verəcəkmi? Fikrimcə, bu, ağlabatan deyil. Çünki Senat üçün belə mübahisəli sənədi qəbul etmək çətin olacaq", - Trend -a ABŞ-ın Corc Meyson Universitetinin Beynəlxalq Münasibətlər Departamentinin siyasət üzrə professoru Kats elektron poçtla məlumat verib.

ABŞ Konqresi Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib. Qətnamənin qəbuluna 23, əleyhinə 22 konqresmen səs verib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

"Bunun ABŞ-Türkiyə münasibətlərinə necə təsir göstərəcəyi Türkiyənin reaksiyasından asılı olacaq, - Kats belə hesab edir. - Nümayəndələr Palatası və Senat qətnaməni qəbul edərsə, bu, ABŞ-Türkiyə münasibətlərinə mənfi təsir göstərəcək. Lakin zənnimcə, bu, ağlabatan deyil", - o bildirib.

Lakin Katsın sözlərinə görə, Türkiyə qətnamənin yalnız Xarici əlaqələr komitəsi tərəfindən qəbul olunmasına da mənfi reaksiya verə bilər. "Ümid etmək istərdim ki, bu, baş verməyəcək. Çünki Ankara və Vaşinqton arasında münasibətlərin pisləşməsi Osmanlı İmperiyası zamanı baş vermiş 1915-ci il hadisələrinə dair qətnamənin Konqresin hər iki palatası, hətta Senat tərəfindən dəstəklənməsi şanşını artırar", - o deyib.

ABŞ prezidenti Barak Obama ABŞ Konqresinə "erməni soyqırımına" dair qətnaməni qəbul etməməyi tövsiyə edib. CNN Turk bildirir.

Eyni zamanda, ABŞ-ın dövlət katibi Hillari Klinton ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin sədri ilə telefon danışığı zamanı deyib ki, qətnamənin qəbulu Ermənistan-Türkiyə protokollarını təhlükə altında qoyacaq.

Cümə axşamı mətbuat konfransında çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-ı bu məsələni nəzərdən keçirərkən Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasında əldə edilmiş tərəqqini təhlükə altına qoymamağa çağırıb.

Xəbər lenti

Xəbər lenti