...

Prezident İlham Əliyev Qana Prezidentini Müstəqillik günü münasibətilə təbrik etdi

Siyasət Materials 5 Mart 2010 21:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qana Respublikasının Prezidenti Con Evans Atta Millsi milli bayram – Müstəqillik günü münasibətilə təbrik etdi.
Prezident İlham Əliyev Qana Prezidentini Müstəqillik günü münasibətilə təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qana Respublikasının Prezidenti Con Evans Atta Millsi milli bayram - Müstəqillik günü münasibətilə təbrik etdi. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Ümidvaram ki, Azərbaycan-Qana münasibətlərinin inkişafı daim xalqlarımız arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm", - təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti