...

İstəməzdik ki, ABŞ Konqresində olan müzakirə bizim Azərbaycanla olan münasibətlərə təsir etsin - ABŞ Səfirliyi

Siyasət Materials 6 Mart 2010 15:30 (UTC +04:00)
Biz, əlbəttə, istəməzdik ki, ABŞ Konqresində olan müzakirə bizim Azərbaycanla olan münasibətlərə təsir etsin. Biz starteji tərəfdaşlarıq və birgə işləyərək bu iki ölkənin xeyrinə çox şey edirik, bunu şənbə günü Trend News-a ABŞ-ın Azərbaycandakı Səfirliyinin İcrimiayyətlə əlaqələr üzrə şöbə müdiri Terri Devidson bildirib.
İstəməzdik ki, ABŞ Konqresində olan müzakirə bizim Azərbaycanla olan münasibətlərə təsir etsin - ABŞ Səfirliyi

Azərbaycan, Bakı, 6 mart / Trend , müxbir V.Javoronkova/ Biz, əlbəttə, istəməzdik ki, ABŞ Konqresində olan müzakirə bizim Azərbaycanla olan münasibətlərə təsir etsin. Biz starteji tərəfdaşlarıq və birgə işləyərək bu iki ölkənin xeyrinə çox şey edirik, bunu şənbə günü Trend -a ABŞ-ın Azərbaycandakı Səfirliyinin İcrimiayyətlə əlaqələr üzrə şöbə müdiri Terri Devidson bildirib.

"Biz  başa düşürük kı, Azərbaycan tərəfi ABŞ Konqresində qərar ətrafında gedən müzakirələrə görə narahatdır. Prezident Obama və Dövlət Katibi Klinton aydin səkildə bildiriblər ki, ABŞ Konqresi 1915 ildə nə baş veribsə, ona görə müzakirə yeri deyil. Onlar bəyan etdikləri kimi, Türk və Erməni xalqı, onların cəmiyyətləri, tarixçiləri gələcəyə baxaraq bu tarixi araşdırmalıdırlar" Devidson əlavə edib.

Trend -un arayışı: ABŞ Konqresinin Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul edib. 23 konqresmen qətnamənin lehinə, 22-si əleyhinə səs verib.

Azərbaycan rəsmiləri qərarın qəbuluna sərt etirazlarını bildiriblər.

Onun sözlərinə görə, bu məqsədilə, Amerika Birləşmiş Ştatları Turkiyə ilə Ermənistan arasında yaxınlaşma səylərini dəstəkləyir.

"Əlaqələrin bərpa olunması 1915 ildə baş vermiş faciəvi hadisələr haqqında mövcud olan dialoqa şərait yaradacaq. Dövlət Katibi Klinton keçən həftə deyib və ümidvardır ki, bütövlükdə Kongres bu qərara aid gələcəkdə bundan başqa addımlar atmayacaq. Biz inanmırıq ki, bu Türkiyə ilə Ermənistan arasında olan münasibətlərin normallaşmasına kömək edə.  Bu normallaşma regionda uzun müddətli sabitliyin, sülhün və inkişafın yaradılmasına kömək edəcək" amerikalı diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti