...

İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib

Siyasət Materials 8 Mart 2010 15:35 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülə başsağlığı verib.
İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülə başsağlığı verib. Bu barədə bazar ertəsi AzərTAc dövlət agentliyi məlumat yayıb.

"Əlazığ vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti