...

Azərbaycan Daxili Qoşunlarının zabitləri üçün yaşayış kompleksi istifadəyə verilib (FOTO)

Siyasət Materials 10 Mart 2010 12:42 (UTC +04:00)
Trend News-un məlumatına görə, beşmərtəbəli 60 mənzilli binanın açılış mərasimində daxili işlər naziri Ramil Usubov iştirak edib.1, 2 və 3 otaqlı mənzilləri olan bina su, istilik və elektrik sistemi ilə təchiz olunub.
Azərbaycan Daxili Qoşunlarının zabitləri üçün yaşayış kompleksi istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili Qoşunlarının yaranmasının 18-ci ildönümü ərəfəsində Nərimanov rayonundakı "N" saylı hərbi hissədə zabitlər üçün yaşayış kompleksi açılıb.

Trend -un məlumatına görə, beşmərtəbəli 60 mənzilli binanın açılış mərasimində daxili işlər naziri Ramil Usubov iştirak edib.1, 2 və 3 otaqlı mənzilləri olan bina su, istilik və elektrik sistemi ilə təchiz olunub.

Nazir müasir tələblərə cavab verən mənzillərin orderlərini zabitlərə təqdim edib.

Mərasimdə çıxış edən Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən, Daxili Qoşunlara xüsusi diqqətindən, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışıb.

Zabitlər və ailələri onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.

Daxili işlər naziri yeni istifadəyə verilən mənzillərdəki şəraitlə də tanış olub.

Bundan öncə DQ-nin zabitləri üçün Gəncə, LənkəranZaqatalada yaşayış kompleksləri açılıb.

12 mart Daxili Qoşunların yaranma günüdür. 12 mart 1992-ci ildə DQ-nin Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçıları ilə döyüşə başlayıb, ərazi bütövlüyümüz uğrunda Ağdam ərazisində vuruşublar. Rəmzi olaraq həmin döyüş günü DQ-nin günü kimi müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti