...

Azərbaycan müxalifətinin ən böyük seçki blokunun yaradılması üçün məsləhətləşmələr aparılır

Siyasət Materials 12 Mart 2010 12:14 (UTC +04:00)
"Azadlıq" blokunda təmsil olunan partiyalarla parlament seçkiləri ilə bağlı müxalifətin ən böyük birliyinin yaradılması istiqamətində müzakirələri davam etdirəcəyik", - cümə günü Trend News-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
Azərbaycan müxalifətinin ən böyük seçki blokunun yaradılması üçün məsləhətləşmələr aparılır

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan müxalifətinin ən böyük seçki blokunun yaradılması üçün məsləhətləşmələr aparılır.

"Azadlıq" blokunda təmsil olunan partiyalarla parlament seçkiləri ilə bağlı müxalifətin ən böyük birliyinin yaradılması istiqamətində müzakirələri davam etdirəcəyik", - cümə günü Trend -a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Cəlaloğlunun sözlərinə görə, bu məqsədlə bütün partiyalarla təkbaşına danışıqlar da aparıb.

"Məqsədimiz müxalifətin ümumi birliyini yaratmaq və seçkilərdə vahid namizədlərlə iştirak etməkdir", - partiya sədri əlavə edib.

Onun fikrincə, bu ideya alınmayacaqsa, bir-iki partiya kənarda qalacaqsa, yenə mümkün olan ən böyük seçki blokunun yaradılması üçün müzakirələri davam etdirəcəklər.

"Mən blokun yaradılması üçün hər hansı ilkin şərtin irəli sürülməsinin əleyhinəyəm. Özünü müxalifət hesab edən və parlament seçkilərində birlikdə mübarizə aparmaq istəyən qüvvələrin birliyi yaradılmalıdır", - o vurğulayıb.

Cəlaloğlu deyib ki, blokun yaradılması ilə bağlı müəyyən fikir ayrılıqları ortaya çıxıb.

"Bu, təbiidir, çünki uzun müddət bir-birindən ayrı fəaliyyət göstərən və hətta aralarında vaxtilə müəyyən konfliktləri olan siyasi qüvvələrin birdən-birə bir yerdə mübarizə aparmaları həm psixoloji, həm də mənəvi problemdir", - ADP sədri davam edib.

"ADP sədri ilə parlament seçkiləri ilə bağlı yaranacaq yeni seçki bloku ilə bağlı bəzi prinsipləri müzakirə etmişik", - cümə günü Trend -a "Azadlıq" blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

Onun sözlərinə görə, yeni blokla bağlı müəyyən fərqli təkliflər ortaya çıxdığından, müzakirələr təxirə salınıb. "Partiyalar daxilində müzakirələr davam edəcək və bir müddət sonra təkliflərimizi yenidən dəyərləndirəcəyik. Düşünürəm, müxalifətin daha böyük tərkibdə parlament seçkilərində iştirakına nail ola biləcəyik", - Əliyev qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti