...

Bayram günlərində Azərbaycan Yol Polisinin xidmət sahələri işini adi iş günlərində olduğu kimi davam etdirəcək

Siyasət Materials 15 Mart 2010 14:35 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov bazar ertəsi Trend News-a bildirib ki, Novruz Bayramı ilə əlaqədar elan olnmuş 20-27 mart qeyri-iş günlərində BDYPİ-nin xidmət sahələri fəaliyyət göstərəcək.
Bayram günlərində Azərbaycan Yol Polisinin xidmət sahələri işini adi iş günlərində olduğu kimi davam etdirəcək

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir K.Zərbalıyeva/

Novruz Bayramı ilə əlaqədar elan olunmuş qeyri-iş günlərində Azərbaycan Yol Polisinin xidmət sahələri işini adi iş günlərində olduğu kimi davam etdirəcək.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov bazar ertəsi Trend -a bildirib ki, Novruz Bayramı ilə əlaqədar elan olnmuş 20-27 mart qeyri-iş günlərində BDYPİ-nin xidmət sahələri fəaliyyət göstərəcək.

Belə ki, sürücülük vəsiqəsini dəyişdirmək, nəqliyyat vasitələrini müvəqqəti və daimi qeydiyyata saldırmaq istəyənlər, avtomobillərini texniki baxışdan keçirmək arzusunda olanlar adi iş günlərində olduğu qaydada BDYPİ-nin rayon və şəhər şöbələrinə müraciət edə bilərlər.

Nazirlər Kabinetinin qərarı ilə 20-24 mart rəsmi olaraq Azərbaycanda bayram günü elan edilib.

Bununla əlaqədar olaraq 20-27 mart ölkədə qeyri-iş günü elan olunub.

Xəbər lenti

Xəbər lenti