...

Azərbaycan Prezidenti Türkiyə Prezidenti Administrasiyasının baş katibini qəbul edib

Siyasət Materials 19 Mart 2010 19:57 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Türkiyə Prezidenti Administrasiyasının baş katibi Mustafa İseni qəbul edib.
Azərbaycan Prezidenti Türkiyə Prezidenti Administrasiyasının baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Türkiyə Prezidenti Administrasiyasının baş katibi Mustafa İseni qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mustafa İsen Türkiyə Prezidenti Abdullah Gülün salamlarını və Novruz bayramı münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb. O, 1994-cü ildən etibarən Azərbaycana artıq dördüncü dəfə səfər etdiyini deyərək, ötən dövr ərzində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının və ümumilikdə Azərbaycanın böyük inkişafa nail olduğunu görməkdən məmnunluğunu ifadə edib.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Abdullah Gülün salamlarına və Novruz bayramı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını və bayram təbriklərini Türkiyənin dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Xəbər lenti

Xəbər lenti