Gürcüstan, Tbilisi, 21 mart / Trend , müxbir N.Kirtsxaliya /
Prezident Mixail Saakaşvili Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanı Gürcüstanın fəxri vətəndaşı adı ilə təltif edib.
"O mənim şəxsi dostumdur və mən fəxr edirəm ki, xalqımızla həmişə birlikdə olan dostum var", - o qeyd edib.
Mixail Saakaşvili Novruz Bayramını Gürcüstanın ümümmilli bayramı elan edib. Bu barədə o, Marneulidə yerli azərbaycanları təbrik etmək məqsədi ilə səfəri zamanı bildirib.
"Bu qərar Gürcüstan höküməti adından qəbul olunub. Qərar onu göstərir ki, biz, yəni bütün Gürcüstan sakinləri vahid dövlət və vahid cəmiyyətin nümayəndələriyik. Sevincimiz də, kədərimiz də bir olmalıdır. Bu bayram bundan sonra Gürcüstanın hər bir yerində qeyd olunacaq", - Saakaşvili deyib.
Saakaşvili qeyd edib ki, Gürcüstan höküməti milli azlıqlar üçün güzəştlər barədə qərar qəbul edib. Prezidentin sözlərinə görə, bu qərar milli azlıqlara gürcü dilini daha yaxşı öyrənmək və cəmiyyətin tamhüquqlu üzvlər olmaq üçün imkan yaradacaq.
Gürcüstan Prezidenti onu da qeyd edib ki, uzun əsrlər boyu gürcü və Azərbaycan xalqları qardaş xalqlardır və bu gün də azərbaycanlılar gürcülərin yanında, gürcülər isə azərbaycanlıların yanındadır. "Bizim mübarizəmiz qələbə ilə başa çatacaq və lazımi nəticələrə nail olacağıq", - o deyib.
Bu gün Novruz Bayramı münasibətilə Mana Caparidzenin iştirakı ilə konsert keçəcək.