...

Qərb dövləti olmaq üçün Gürcüstanın potensialı var – AŞ PA monitorinq komitəsinin məruzəçisi

Siyasət Materials 24 Mart 2010 11:39 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası monitorinq komitəsinin məruzəçisi Matias Yorş əmindir ki, Qərb modelli dövlət olmaq üçün Gürcüstanın potensialı var.
Qərb dövləti olmaq üçün Gürcüstanın potensialı var – AŞ PA monitorinq komitəsinin məruzəçisi

Gürcüstan, Tbilisi, 24 fevral / Trend , müxbir N.Kirsxaliya/

Avropa Şurası Parlament Assambleyası monitorinq komitəsinin məruzəçisi Matias Yorş əmindir ki, Qərb modelli dövlət olmaq üçün Gürcüstanın potensialı var. Bu barədə o, Tbilisidə səfərinin sonunda deyib.

Yorşun sözlərinə görə, ölkə liderləri Gürcüstanın demokratik inkişafının davam etdirilməsi və sərbəst seçkilərin təmin olunması üçün nə etməli olduqlarını bilirlər.

"Avropa Şurası bu məsələdə onlara kömək edəcək", - o deyib.

Bununla yanaşı, Yorş jurnalistlərə bildirib ki, siyasət aləmindən getməyə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti