...

Müxalifyönlü Tbilisi sakinləri Corc Buş-kiçik küçəsinin adının dəyişdirilməsini tələb ediblər

Siyasət Materials 25 Mart 2010 16:00 (UTC +04:00)
Bu gün Tbilisidə ABŞ Prezidenti Corc Buş-kiçik küçəsinin adının dəyişdirilməsi tələbi ilə etiraz aksiyası keçirilib.
Müxalifyönlü Tbilisi sakinləri Corc Buş-kiçik küçəsinin adının dəyişdirilməsini tələb ediblər

Gürcüstan, Tbilisi, 25 mart  / Trend , müxbir N.Kirsxaliya/

Bu gün Tbilisidə ABŞ Prezidenti Corc Buş-kiçik küçəsinin adının dəyişdirilməsi tələbi ilə etiraz aksiyası keçirilib.

Bir neçə nəfərin iştirak etdiyi aksiyada "Bizə Buş küçəsi lazım deyil!" şüarı səsləndirilib.

Onlar Buşun küçədə qoyulmuş portreti önünə çəkmə qoyublar. "Buş Gürcüstan xalqının bu çəkmələrdən başqa heç nəyinə layiq deyil", - aksiya iştirakçıları bildiriblər.

Əsasən, müxalifyönlü adamların iştirak etdiyi aksiyada toplaşanlar ABŞ-ı "Buşun Mixail Saakaşvili şəklində cənazəsini ölkədən çıxarmağa çağırıblar".

Aksiyanın təşkilatçısı, rejissor Zaza Svanadze küçəyə öz tarixi - Melaanskaya adının qaytarılmasını tələb edib.

Küçənin adı 2005-ci ildə ABŞ-ın ozamankı prezidentinin Gürcüstana səfəri ilə əlaqədar dəyişdirilib.

Xəbər lenti

Xəbər lenti