...

Azərbaycanın xarici işlər naziri İrana səfər edəcək

Siyasət Materials 26 Mart 2010 12:25 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İrana səfər edəcək.
Azərbaycanın xarici işlər naziri İrana səfər edəcək

Azərbaycan, Bakı, 26 mart / Trend , müxbir T.Cəfərov/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İrana səfər edəcək.

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poluxov cümə günü Trend -a bildirib ki, nazir Məmmədyarov İran Prezidenti Mahmud Əhmədinejadın Birləşmiş Millətlər Təşkilatı tərəfindən beynəlxalq bayram statusu kimi qəbul etdiyi Novruz Bayramı ilə bağlı təşkil etdiyi tədbirdə iştirak edəcək.

Məmmədyarov İranda martın 27-28-də olacaq.

Poluxovun sözlərinə görə, səfər çərçivəsində Məmmədyarovun ikitərəfli rəsmi görüşləri nəzərdə tutulmur.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən Novruz bu ildən etibarən beynəlxalq bayram statusu alıb. Bununla bağlı Novruz Bayramını qeyd edən ölkələrin dövlət və hökumət nümayəndələri mərasimə dəvət ediliblər.

Martın 27-də Tehranda başlanacaq mərasim növbəti gün Şiraz şəhərində davam edəcək.

Xəbər lenti

Xəbər lenti