...

Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Ukraynaya işgüzar səfərə yola düşür

Siyasət Materials 27 Mart 2010 14:32 (UTC +04:00)
Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Papuna Davitiya martın 27-də Ukraynaya işgüzar səfərə yola düşür.
Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Ukraynaya işgüzar səfərə yola düşür

Gürcüstan, Tbilisi, 27 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Papuna Davitiya martın 27-də Ukraynaya işgüzar səfərə yola düşür.

Martın 28-i saat 15:00-da Gürcüstanın Kiyevdəki səfirliyinin binasında Kiyevdə və ölkənin digər rayonlarındakı Gürcüstanın diaspor təşkilatlarının rəhbərləri ilə, həmçinin, diasporun nümayəndələri ilə görüş keçiriləcək.

Görüşdə Gürcüstanın Ukraynadakı səfiri Qriqol Katamadze, konsul Teymuraz Nişnianidze, Gürcüstanın Odessa şəhərindəki baş konsulu Zurab Kvaçadze və səfirliyin əməkdaşları iştirak edəcəklər. Gürcüstan diasporunun dövlət naziri ilə görüşünə Manina Sulakvelidze (gürcülərin Kiyevdə mədəniyyət-elm mərkəzi), Besik Şamugiya (Ukrayna Gürcüstanlıları Assosiasiyası), Krivoy-Roq Gürcüstanlıları Assosiasiyasının prezidenti Merab Qabradze, "Rustavelli" cəmiyyətinin rəhbəri İoseb Maçavariani, "Luqansk" cəmiyyətinin rəhbəri Qoqi Ezuqbaya, Xarkov icmasının rəhbəri Zurab Kiriya, Odessa şəhərinin milli-mədəni cəmiyyətinin rəhbəri Akaki Yakobaşvili dəvət olunub.

Görüşdə, həmçinin, Nikolayev, Dneprepetrovsk, Poltavadan olan Gürcüstanın diaspor təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Papuna Davitiya, həmçinin, Lvova səfər edəcək və orada yerli gürcü diasporu ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti