...

Bakıda Azərbaycan və Belarus arasında siyasi məsləhətləşmələr keçiriləcək

Siyasət Materials 29 Mart 2010 12:00 (UTC +04:00)
Azərbaycan və Belarus arasında siyasi dialoqun inkişafını martın 30-31-də Bakıda keçirilən xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr zamanı iki ölkə diplomatları müzakirə edəcəklər.
Bakıda Azərbaycan və Belarus arasında siyasi məsləhətləşmələr keçiriləcək

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir S.Ağayeva/

Azərbaycan və Belarus arasında siyasi dialoqun inkişafını martın 30-31-də Bakıda keçirilən xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr zamanı iki ölkə diplomatları müzakirə edəcəklər.

Məsləhətləşmələr XİN-in rəhbərlərinin müavinləri səviyyəsində keçiriləcək. Belarus  tərəfini nazir müavini İqor Petrişenko təmsil edəcək. Bu barədə Belarusun Azərbaycandakı səfirliyi Trend -a məlumat verib.

Məsləhətləşmələr zamanı Azərbaycan və Belarus  arasında münasibətlərin inkişafının əsas istiqamətləri və vəziyyəti, həmçinin, dialoqun yüksək səviyyədə inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri, müqavilə-hüquq bazasının genişləndirilməsi üzrə məsələlərə dair tərəflərin mövqelərini razılaşdırmaq planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti