...

Azərbaycan Ombudsmanının Parlamentdə hesabatı dinləniləcək

Siyasət Materials 29 Mart 2010 13:31 (UTC +04:00)
Azərbaycan Parlamentinin növbəti iclası aprelin 2-də keçiriləcək.
Azərbaycan Ombudsmanının Parlamentdə hesabatı dinləniləcək

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir /A.Hüseynbala/

Azərbaycan Parlamentinin aprelin 2-də keçiriləcək növbəti iclasının gündəliyinə Ombudsman Aparatının 2009-cu ildəki fəaliyyəti ilə bağlı hesabat və onun müzakirəsi də daxil edilib, - bazar ertəsi Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

İclasda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovun yenidən Məhkəmə və Hüquq Şurasına üzv təyin olunması məsələsinə də baxılacaq: "Bundan başqa, "Qaçqınların və məcburi köçkünlərin hüquqi statusu haqqında" qanuna əlavənin edilməsi də nəzərdə tutulur", - məlumatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti