...

Türkmənistan Prezidenti Moskva metrosunda baş vermiş partlayış ilə əlaqədar başsağlığı verib

Siyasət Materials 30 Mart 2010 14:33 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmedov "Lubyanka" və "Park kulturı" metrostansiyalarında baş vermiş terror aktları - partlayışlar nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə başsağlığı verib.
Türkmənistan Prezidenti Moskva metrosunda baş vermiş partlayış ilə əlaqədar başsağlığı verib

Türkmənistan, Aşqabad, 30 mart / Trend , müxbir H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmedov "Lubyanka" və "Park kulturı" metrostansiyalarında baş vermiş terror aktları - partlayışlar nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə başsağlığı verib.

Türkmən Dövlət Xəbərlərinin məlumatına görə, hökumət başçısı qeyd edib ki, Türkmənistan terrorizmin və ekstremizmin istənilən təzahürünü qəti şəkildə pisləyir, bu bəlaya qarşı mübarizədə və onun aradan qaldırılmasında dünya ictimaiyyətinin səylərini dəstəkləyir.

Türkmənistan rəhbəri həlak olanların və zərər çəkənlərin doğmalarının, yaxınlarının dərdinə şərik olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti