...

Azərbaycanda avtomobillərə dövlət standartlarına uyğun gələn plyonkaların vurulmasına icazə verilib

Siyasət Materials 1 Aprel 2010 18:19 (UTC +04:00)
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarına görə, minik avtomobillərinin arxa hissəsinə sürücünün görünüş dairəsinin məhdudlaşdırılmaması şərti ilə plyonka vurulmasına və ya sənaye üsulu ilə tündləşdirilməsinə icazə verilir.
Azərbaycanda avtomobillərə dövlət standartlarına uyğun gələn plyonkaların vurulmasına icazə verilib

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarına görə, minik avtomobillərinin arxa hissəsinə sürücünün görünüş dairəsinin məhdudlaşdırılmaması şərti ilə plyonka vurulmasına və ya sənaye üsulu ilə tündləşdirilməsinə icazə verilir. Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov Trend-ə məlumat verib.

Komitənin bu qərarınadək minik avtomobillərinin arxa hissəsinə plyonka vurulması qadağan idi.

2007-ci ildən Azərbaycanda avtomobillərdə plyonka və pərdələrdən istifadəyə qadağa qoyulub. "Yol hərəkəti haqqında" qanuna edilmiş 1 saylı əlavənin 7-ci bəndinin 3-cü hissəsində sürücünün görünüş diqqətini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti istiqamətini zədələmək təhlükəsi yaradan əlavə əşyalar və ya şüşələr, hər hansı formada örtüklər (pərdə və plyonka) nəqliyyat vasitəsinin istismarının qadağan edildiyi göstərilib.

Xəbər lenti

Xəbər lenti