...

ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı hesabata dəyişiklik edib (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 3 Aprel 2010 14:25 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Azərbaycanda narkotiklərdən istifadə olunması ilə bağlı vəziyyət barədə "Narkotiklərə nəzarət strategiyası 2010" adlı hesabatına dəyişiklik edib. Bunu şənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Donald Lu deyib.
ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı hesabata dəyişiklik edib (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir V.Javoronkova/

ABŞ Dövlət Departamenti Azərbaycanda narkotiklərdən istifadə olunması ilə bağlı vəziyyət barədə "Narkotiklərə nəzarət strategiyası 2010" adlı hesabatına dəyişiklik edib. Bunu şənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Donald Lu deyib.

Sənəddə ölkədəki narkoman-tələbələrin statistikasının göstərildiyi bənd ləğv edilib.

Dövlət Departamentinin martın 2-də açıqladığı hesabatda qeyri-rəsmi statistikaya istinadən deyilirdi ki, Azərbaycanda 300 minə yaxın narkotik aludəçisi var və onlardan 30-35 faizi tələbədir. ABŞ Dövlət Departamentinin məlumatına görə, narkomanların böyük hissəsi heroin asılılığından əziyyət çəkir.

Azərbaycanlı tələbələr ABŞ Dövlət Departamentinin hesabatına kəskin etirazlarını bildiriblər.

"Nəzərə alsaq ki, Azərbaycanda cəmi 140 minə yaxın tələbə var, onlardan 100 mininin narkoman olmasına dair hesabat absurddur", - bundan əvvəl Trend-ə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov bildirib.

Bundan sonra ABŞ-ın Azərbaycandakı səfirliyi Dövlət Departamentinin "Narkotiklərə nəzarət strategiyası 2010" adlı hesabatına görə "tələbələrdən və ölkə ictimaiyyətindən" rəsmi üzr istəyib. Səfirliyin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson Trend-ə müraciətində qeyd edib ki, ABŞ hökuməti "çox işləyir və bəzən səhv edə bilər".

Devidson etiraf edib ki, Azərbaycanın ali məktəblərində təhsil alan narkoman tələbələrin sayı hesabatda şişirdilib.

Xəbər lenti

Xəbər lenti