ABŞ və Ermənistan prezidentlərinin görüşünün nəticələri ilə bağlı ekspertlərin fikirləri üst-üstə düşmür

ABŞ və Ermənistan prezidentlərinin görüşünün nəticələri ilə bağlı ekspertlərin fikirləri üst-üstə düşmür

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir E.Tarıverdiyeva/

Ekspertlərin ABŞ Prezidenti Barak Obama ilə Ermənistan Prezidenti Serjs Sarkisyanın qarşıdakı görüşünün nəticələrinə dair və görüşün 1915-ci il qondarma "soyqırım" məsələsinə, həmçinin Yerevan və Ankara arasında danışıqlar prosesinə əhəmiyyətli dərəcədə təsir göstərməsinə dair fikirləri üst-üstə düşmür.

"Mən əminəm ki, görüşlərdən asılı olmayaraq, Amerika administrasiyası Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində irəliləyişə nail olmaqda Türkiyəyə təzyiq göstərəcək",- Türkiyəli politoloq Cəlal Cem Oğuz belə hesab edir. "Buna baxmayaraq, Türkiyə Ermənistan-Türkiyə prosesinə dair münasibətini dəyişməyəcək".

"Düşünürəm ki, Ermənistan və Türkiyə arasında müqavilə mümkün olmasaydı, Türkiyənin Baş naziri və Ermənistan Prezidenti Vaşinqtona səfər etməzdilər", - Cənubi Qafqaz və Türkiyə üzrə ekspert Mark Kats bildirib.

ABŞ Prezidenti Barak Obama aprelin 24-dək Ermənistan-Türkiyə protokollarının ratifikasiyasına nail olacaq. Bu barədə CNN Turk məlumat verir.

CNN Turk-un məlumatına əsasən, nüvə təhlükəsizliyi üzrə qlobal sammit çərçivəsində görüşlər zamanı protokolların ratifikasiya cədvəli yaradılacaq. Cədvəlin gizli saxlanılacağı istisna edilmir.

Aprelin 12-13-də Vaşinqtonda Ermənistan Prezidenti Serj Sarkisyan və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə nüvə təhlükəsizliyi sammiti keçiriləcək.

Azərbaycan və türkiyəli müşahidəçilərin fikrincə, Vaşinqtondakı sammitdə görüşlər çətin ki Ermənistan-Türkiyə protokolları ilə bağlı vəziyyəti dəyişsin.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu Ankara və Yerevan arasında diplomatik münasibətlərin bərpasına dair protokollar imzalayıblar.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Azərbaycanlı politoloq Rasim Musabəyov hesab edir ki, görüşün böyük sammitdə baş tutacağını nəzərə alaraq, çətin ki Prezident Obama Türkiyə və Ermənistanın qarşılıqlı münasibətləri məsələlərini müzakirə edərək Sarkisyan ilə danışıqlara çox vaxt ayırsın.

Onun sözlərinə görə, əgər Ermənistan və Türkiyə münasibətlərində sensasiya doğuran irəliləyişə ümid olmasa, çətin ki danışıqların xüsusi raundu və üçtərəfli formatda görüşlər görmək mümkün olsun.

"Obama üçün İran gündəliyi Əfqanıstan və Yaxın Şərq məsələsində Türkiyənin dəstəyini qazanmaq çox vacibdir", - ekspert hesab edir.

"Mən qarşıdakı sammit zamanı Türkiyə-Ermənistan münasibətlərində hansısa dönüşü gözləmirəm", - Musabəyov Trend-ə deyib.

Türkiyənin Strateji Araşdırmalar Mərkəzinin direktoru Oğuzun fikrincə, hazırda Türkiyə Ermənistan ilə münasibətlərin gələcək normallaşması prosesinə razılaşa bilməz, belə ki, bunu indi nə hökumət istəmir, nə də müxalifət.

"Ratifikasiya üçün parlamentə daxil olana kimi bütün beynəlxalq sazişləri nəzərdən keçirən Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan-Türkiyə protokollarına "erməni soyqırımı"na dair dəyişiklik etdikdən və Qars müqaviləsi üzrə itirilmiş "erməni torpaqları" haqqında bəndi əlavə etdikdən sonra, bu və ya digər partiya mənsubiyyətindən asılı olmayaraq Türkiyə siyasi elitasının heç bir nümayəndəsi Ermənistan-Türkiyə dialoqunun davam etdirilməsini istəmir", - Trend-ə Ankaradan Oğuz telefonla bildirib.

Yanvarın 12-də Ermənistanın Konstitusiya Məhkəməsi Ermənistan-Türkiyə protokollarında əksini tapan öhdəliklərin ölkənin əsas qanununa uyğunluğunu təsdiqləyib, lakin qeyd edib ki, 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri araşdırmaq üçün birgə komissiyanın yaradılmasına ehtiyac yoxdur. Çünki Ermənistan qondarma "soyqırım"ın tanınması tələbindən heç zaman əl çəkməyəcək.

Trükiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan xəbərdarlıq edib ki, əgər Ermənistanın Konstitusiya Məhkəməsi iki ölkə arasında protokollarla bağlı qərarına yenidən baxmasa, Ankara və Yerevan arasında münasibətlər pozula bilər.

Oğuzun sözlərinə görə, Ermənistan ümid edir ki, aprel ABŞ-ın qondarma "soyqırım"ı tanıması və ya ABŞ Prezidentinin "soyqırım" sözünü dilə gətirməsi üçün uğurlu ay olacaq.

"Lakin belə təzyiqə baxmayaraq, Ərdoğan hökuməti Ermənistan ilə barışıq məsələsində kompromisə getməyəcək. Çünki bu, onu "siyasi intihara" gətirib cıxarar", - ekspert deyib. - "Odur ki, mən aprelin 12-də Vaşinqton görüşündən hər hansı nəzərəçarpacaq iləliləyiş gözləmirəm".

Amerikanın Türkiyə üzrə eksperti Maykl Günter də onunla razıdır. O hesab edir ki, hazırda ABŞ Prezidenti kimi Barak Obamanın üzərinə seçkiqabağı kampaniya zamanı erməni tərəfinə verdiyi vədlərdən asılı olmayaraq, Tükiyənin mövqeyinin nəzərə alınması ilə bağlı vəzifə qoyulub.

Prezident Obama öz seçkiqabağı kampaniyasında nüfuzlu erməni lobbisinin dəstəyinə arxalanaraq prezidentliyi dövründə "soyqırım"ın tanınmasını vəd etmişdi.

Erməni tərəfi Vaşinqtondakı görüşlərdən sonra mühüm irəliləyiş gözləmir.

Ermənistanın keçmiş xarici işlər naziri, müxalifətdə olan Erməni Milli Konqresinin nümayəndəsi Aleksandr Arzumanyan bildirib ki, "Türkiyənin mövqeyində heç bir dəyişiklik gözləmir. Çünki o, ən yüksək səviyyədə elan edib ki, bu protokolları yalnız o halda ratifikasiya etməyə hazırdır ki, Qarabağ nizamlanması prosesində irəliləyiş olsun". Məlumatı "Armenia today" yayıb.

Lakin amerikalı ekspertin fikrincə, şərtlər irəli sürmədən protokollar və münasibətlərin normallaşması ilə bağlı Ermənistan və Türkiyə arasında razılığa tezliklə qarşıdan gələn sammitdən sonra nail oluna bilər.

"Mən ümid edirəm ki, Barak Obama Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşdırılması və danışıqlar prosesində irəliləyiş üçün öz avtoritet və hakimiyyətindən istifadə edəcək", - Günter deyib.

Katsın fikrincə, Azərbaycanın iştirakı olmadan danışıqlar ümumiyyətlə mənasızıdr.

"Mən hesab edirəm ki, bu danışıqlar lap əvvəldən Azərbaycan Prezidentinin iştirakı ilə baş verməli idi. Belə ki, o, şübhəsiz ki, həmin danışıqlarda maraqlı tərəfdir və Azərbaycanın fikri nəzərə alınmalıdır", - Amerikanın Corc Meyson Universitetinin beynəlxalq münasibətlər departamentinin siyasət üzrə professoru Kats elektron poçt vasitəsilə Trend-ə bildirib.

Katsın fikrincə, ABŞ-dakı görüş zamanı 1915-ci il "soyqırım" mövzusundan yan keçmək mümkün olmayacaq.

"Ola bilsin ki, Barak Obama administrasiyası bu məsələnin müzakirəsi üçün yol tapmaqda Ermənistan və Türkiyəyə kömək edəcək", - Kats deyib

Materialın hazırlanmasında R.Hafizoğlu və V.Javoronkova iştirak edib.

Dünyada son bir həftədə 2,4 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb
Dünyada son bir həftədə 2,4 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb
Ermənistan xarici işlər naziri Rusiyaya gedib
Ermənistan xarici işlər naziri Rusiyaya gedib
Moskvada koronavirusdan ölənlərin sayı 6 121-ə yüksəlib
Moskvada koronavirusdan ölənlərin sayı 6 121-ə yüksəlib
Loading Bars
Xəbər lenti
İtaliya mətbuatında Ermənistanın azərbaycanlı diplomatlara qarşı terror təhdidlərindən bəhs edən yazılar dərc olunub
ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb
Dünyada son bir həftədə 2,4 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb
ANAMA: Təmas xəttində mərmilər, qumbara və partlamamış mərmi qalıqları aşkarlanıb (FOTO)
Ermənistan xarici işlər naziri Rusiyaya gedib
Moskvada koronavirusdan ölənlərin sayı 6 121-ə yüksəlib
Çempionlar Liqasında "Lasio" "Borussiya"nı, "Mançester Yunayted" "PSJ"ni məğlub edib
UEFA Azərbaycanda oyunlara aid qərar verib
Azərbaycanda əkiz və üçəmlərin sayı artıb
Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması tarixi ədalətin bərpasıdır - Tarixçi
UEFA gənclər arasında Avropa çempionatını təxirə salıb
Türkiyədə koronavirusdan sağalanların sayı 307 minə çatır
Tarix yazan qəhrəmanlarımız - Onları tanıyaq (FOTO)
VPN ilə bağlı əhaliyə xəbərdarlıq
İtalyan professor: Azərbaycan Ermənistanı güzəştə məcbur etmək üçün vacib olan hücum və müdafiə sistemlərinə malikdir
Yeni şanlı tarixin zirvəsi - Şuşa
Dövlət başçısının apardığı siyasət nəticəsini verdi - Deputat
Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib (VİDEO)
Ermənistanın cinayətlərinə beynəlxalq birliyin müəyyən dairələri susqunluq nümayiş etdirir - Deputat
Peşəkar jurnalist Hi Pinq Çinin Sinxua agentliyinin prezidenti təyin edilib
Gəncəyə növbəti raket atəşini qətiyyətlə pisləyirəm - Qazaxıstan səfiri
Ermənistanın növbəti PUA-sı məhv edilib
Ali Məhkəmə erməni terroru ilə bağlı bəyanat yayıb
Düşmənin hərbi texnikaları və canlı qüvvəsi məhv edilib (VİDEO)
Xudafərin istiqamətində hərbi əməliyyatların aparılması barədə düşmənin yaydığı xəbər cəfəngiyatdır - Hikmət Hacıyev
Ermənilər Xudafərini birdəfəlik unutsunlar - Anar Eyvazov
Düşmən itki verərək geri çəkilib - Müdafiə Nazirliyi
Bəzi vətəndaşların sosial şəbəkələrdə hərbi məlumatları yayması hərbi sirri pozur - Anar Eyvazov
Virusa yoluxma statistikasında dalğalanma hansı səbəbdən baş verir?
ABŞ-da 58 mindən çox koronavirusa yoluxma qeydə alınıb
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib
Koronavirusa yoluxanlarda sonradan hansı fəsadlar ola bilər? - Həkim açıqladı
A-Qroup Gəncə terrorunda ata, ana, bacısını itirən Xədicə-nin yetkinlik yaşına qədər bütün tibbi xərclərini öz üzərinə götürüb
Ermənistan qlobal təxribatçıların əlaltısıdır - Xarici KİV-lər
Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclərdən Azərbaycan dəstək (FOTO)
Hindistanın Şri Şri Universitetində Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
İşğaldan azad olunmuş Zəngilan şəhərinin “Azersky” peykindən əldə edilmiş təsviri
Kamal Kılıçdaroğlu Prezident İlham Əliyevə məktub göndərib
Xudafərinlə bağlı erməni tərəfinin yaydığı məlumat dezinformasiyadır - Müdafiə Nazirliyi
Təhsil Nazirliyi Zəngilanın təhsil statistikasını açıqlayıb
KOB-ların maliyyə resurslarına çıxış imkanlarına dair bankların iştirakı ilə vebinar keçirilib
Ermənistan vergi güzəştlərini ləğv edir - Büdcə tükənir
Ciddi karantin qaydaları tətbiq etmədən də koronavirusa qalib gəlmək olar - MÜTƏXƏSSİS
Ombudsman Ermənistanın Gəncə şəhərini ballistik raket atəşinə tutması barədə hesabat hazırlayıb
Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik - Hulusi Akar
Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrimiz atəşə tutulub
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
Bakıda pik saatlar üçün 100 ehtiyat avtobus ayrıldı
Azərbaycanda 584 nəfər COVID-19-a yoluxdu, 128 nəfər sağaldı, 5 nəfər vəfat etdi
Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir - Deputat
Prezident İlham Əliyev sözümüzün imzamız qədər əhəmiyyətli olduğunu bir daha dünyaya nümayiş etdirir - Vüqar Rəhimzadə
Mərkəzi Gömrük Hospitalının travmatoloqu Ramin Rzayev canlı yayımda çıxış edəcək
Oktyabrın 21-də manatın dollara qarşı məzənnəsi
Prezident İlham Əliyev: Əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir
“WhatsApp”ın veb versiyasında gözlənilən funksiya işə düşür
Ermənilər tərəfindən mülki əhalimizə qarşı törədilən cinayət faktları üzrə 37 cinayət işi başlanıb
Prezident İlham Əliyev: Bu gün nəyi demək mümkündürsə onu deyirik
Birinci vitse-prezident Mehriban Əliyeva: Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm!
Prezident İlham Əliyev: Bu yalançıları biz bundan sonra da qovacağıq
1, 5 və 50 manatlıq pul nişanları yeni dizaynda tədavülə buraxılır (FOTO)
Prezident İlham Əliyev: Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram
Prezident İlham Əliyev: Təkbaşına vuruşuruq, hər kəs bunu bilir
Prezident İlham Əliyev düşmənin məhv edilən və ələ keçirilən hərbi texnikalarının siyahısını açıqlayıb
İslamofobiya və türkofobiya Ermənistanın əsas xəstəliyidir - Türkiyə Prezident Administrasiyası
Azərbaycan Prezidenti: Ermənistan rəhbərliyi artıq bizim qarşımızda diz çöküb, onlara layiq olan yeri göstərmişik
Rusiyada 16 mindən çox yoluxma qeydə alınıb
Ankarada Ermənistanın Gəncə terroruna etiraz olaraq avtoyürüş keçirilib (FOTO)
Ermənistan növbəti itkilərini açıqlayıb
Prezident İlham Əliyev: Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində aparır
Prezident İlham Əliyev: Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir
Ermənilər Tərtəri atəşə tutdu, 2 mülki şəxs həlak oldu
Bu gün qazanılan uğurlar bir-iki günün yox, illərdir aparılan uzaqgörən siyasətin nəticəsidir - Deputat
Azərbaycan Prezidenti: Onlar, sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar
Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq
Azərbaycan Bayrağı Zəngilan şəhərində (VİDEO)
Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib
Prezident İlham Əliyev: Zəngilan şəhəri və 24 kənd işğaldan azad olunub
Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır
Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
İranda sutka ərzində 5 min nəfərdən çox şəxs koronavirusa yoluxub
Ermənistanın dinc insanları hədəfə almasını dünyanın görməsi vacibdir - Mustafa Şentop
Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə geri çəkildiklərini etiraf etdi
Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO) (YENİLƏNİB)
Ermənilərin Azərbaycan Ordusu qarşısında tab gətirə bilməməsi gözlənilən idi - Ekspert
Yerəvanda təcili toplantı: Separatçı rejimin sabiq "lider"ləri Paşinyandan izahat tələb edir
Təkcə düşmənlə deyil, onunla əlbir olan silah alverçiləri, terrorçularla da mübarizə aparırıq - Ekspert
Türkiyə parlamentinin sədri Gəncədədir (FOTO/VİDEO)
Ermənistanın indiki rəhbərliyi real problemləri həll etməyi bacarmır - Rusiyalı siyasi texnoloq
Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib (VİDEO)
Ermənistan sosial şəbəkələrdə Azərbaycan adından əsgərlərimizə yardım adı altında vəsait toplayır - FOTO
Tapqaraqoyunluda qaz təchizatının bərpasına başlanılır (FOTO)
Ermənilər bütün saytlarda və sosial şəbəkələrdə çox aktiv şəkildə bizi izləyir - Hərbi ekspert
ADA Universitetinin xarici məzunları Azərbaycana həsr edilən kitab yazıblar
Gənclər təşkilatları arasında vətənpərvərlik istiqamətində layihə müraciətlərinin nəticələri açıqlanıb
Vətən Müharibəsindəki şanlı qələbəmiz müasir tariximizdə yeni səhifələr açacaq - Rektor
Xristian dini icma rəhbərləri ABŞ konqresinə təqdim olunmuş qətnamə layihəsinə etiraz edib
Ceyhun Bayramov Türkiyə parlamentinin sədri ilə görüşüb (FOTO)
Ayaq burxulan zaman nə etmək lazımdır?
Cəbhəyanı bölgələrdə fəaliyyət göstərən sahibkarlara dəstək göstərilib
Koronavirus cəbhəyə ötürülərsə, Ordumuz bir deyil, iki düşmənlə mübarizə aparmaq məcburiyyətində qalacaq - Ekspert
Bütün xəbərlər