...

Bakıda neftayırma zavoduna bomba qoyulması barədə yalan məlumat verən şəxsin kimliyi müəyyən olunub

Siyasət Materials 8 Aprel 2010 10:54 (UTC +04:00)
Azərbaycan paytaxtında zavoda bomba qoyulması barədə yalan məlumat verən şəxsin kimliyi müəyyən olunub.
Bakıda neftayırma zavoduna bomba qoyulması barədə yalan məlumat verən şəxsin kimliyi müəyyən olunub

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir K.Zərbalıyeva/ Azərbaycan paytaxtında zavoda bomba qoyulması barədə yalan məlumat verən şəxsin kimliyi müəyyən olunub.

Nizami rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, aprelin 7-dən 8-ə keçən gecə, Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edən 1963-cü il təvəllüdlü Nəsib Qasımov Xətai rayonu ərazisindəki "Azərneftyanacağ" Neftayırma zavoduna partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib. Məlumat əsasında Fövqəladə Hallar Nazirliyi əməkdaşları tərəfindən zavodda axtarış tədbirlərinə başlanıb və 2 saata yaxın davam edən axtarışlar nəticəsində məlumat təsdiqini tapmayıb.

Məlumatı verən Qasımov Nizami rayonu , Balakişiyev küçəsi, ev 6/10, mənzil 104 ünvanında yaşayır.O polis tərəfindən saxlanılıb

Xətai rayon prokurorluğundan isə bu barədə onlarda məlumat olmadığı bildirilib.

Xəbər lenti

Xəbər lenti