...

Azərbaycan XİN ölkə vətəndaşlarını Qırğızıstana səfər etməməyə çağırır

Siyasət Materials 8 Aprel 2010 17:16 (UTC +04:00)
Azərbaycan XİN ölkə vətəndaşlarını Qırğızıstanda yaranmış vəziyyətlə bağlı bu ölkəyə səfərdən çəkinməyə çağırır.
Azərbaycan XİN ölkə vətəndaşlarını Qırğızıstana səfər etməməyə çağırır

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycan XİN ölkə vətəndaşlarını Qırğızıstanda yaranmış vəziyyətlə bağlı bu ölkəyə səfərdən çəkinməyə çağırır.

Qırğızıstanda vətəndaşların təhlükəsizliyi ilə bağlı ümumi vəziyyət çox mürəkkəbdir. Bu barədə cümə axşamı Azərbaycanın XİN-in saytında yerləşdirilmiş məlumatda deyilir.

Nazirlik vətəndaşlardan bu ölkəyə səyahət zamanı diqqətli olmağı, zərurət olduqda yardım almaq üçün Azərbaycanın Bişkəkdəki səfirliyi ilə əlaqə saxlamağı xahiş edir.

Əks halda, Azərbaycan XİN həmin ölkədə Azərbaycan vətəndaşları ilə bağlı mümkün hadisələrə görə məsuliyyət daşımır.

Qırğızıstanda iğtişaşlar zamanı 75 nəfər həlak olub, 1000-dən çox adam yaralanıb. Bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. Səhiyyə Nazirliyinin məlumatına görə, bu siyahı son deyil, həlak olanların və yaralananların sayı dəqiqləşdirilir. İnterfaks bildirir.

Qırğızıstan paytaxtında müxalifət tərəfdarları və hüquq-mühafizə qüvvələri arasında toqquşmalar davam edir. İğtişaşlar çərşənbə günü müxalifətin Talas şəhərinin yerli administrasiyanın binası yanında toplaşması ilə başlayıb. Yüzlərlə adam Talas vilayətinin qubernatoru Beyşenbek Bolotbekovun istefasını tələb edib.

Xəbər lenti

Xəbər lenti