Türkmənistan, Aşqabad, 15 aprel /Trend, müxbir H.Həsənov/
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Çin Xalq Respublikasının Sədri Hu Szintaoya ölkənin qərbində yerləşən Sinxay əyalətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib.
Türkmənistan hökumətinin mətbuat xidmətindən bildirildiyi kimi, türkmən lider həlak olanların ailələrinin və yaxın adamlarının dərdklərinə şərik olduğunu bildirib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.