Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycan Parlamentinin deputatı aprelin 20-də Albaniyaya gedəcək.
"Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Hüquqi və siyasi məsələlər komitəsinin iclasında iştirak edəcək", - şənbə günü Trend-ə Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Albaniyanın Durres şəhərində keçiriləcək iclasın gündəliyinə təşkilata üzv ölkələrdə mülki aviasiyanın tənzimlənməsinin hüquqi aspektləri, Avropa Parlamenti ilə əməkdaşlığın perspektivləri və bir sıra təşkilatı məsələlər daxil edilib: "Qurbanlı tədbirdə müzakirə olunacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq", - məlumatda vurğulanır.