...

Sürix protokollarının dondurulması bir daha sübut etdi ki, Azərbaycana heç bir halda təzyiq göstərmək mümkün deyil - politoloq Mübariz Əhmədoğlu

Siyasət Materials 23 Aprel 2010 19:41 (UTC +04:00)
Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair Sürix protokollarının dondurulması bir daha sübut etdi ki, Azərbaycana heç bir halda təzyiq göstərmək mümkün deyil. Cümə günü Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib.
Sürix protokollarının dondurulması bir daha sübut etdi ki, Azərbaycana heç bir halda təzyiq göstərmək mümkün deyil - politoloq Mübariz Əhmədoğlu

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir M.Əliyev/

Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair Sürix protokollarının dondurulması bir daha sübut etdi ki, Azərbaycana heç bir halda təzyiq göstərmək mümkün deyil. Bu barədə cümə günü Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib.

Trend-in arayışı: 2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistan xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb. Aprelin 22-də Ermənistan Prezidenti Serj Sarkisyan xalqa müraciətində protokolların ratifikasiyasının dondurulduğunu bildirib.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Əhmədoğlunun sözlərinə görə, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq məsələsini ortalığa qoyanda, yeganə bir niyyəti var idi ki, o da Azərbaycanla bağlı həm Dağlıq Qarabağ məsələsini yubatmaq, həm də Türkiyə ilə Azərbaycanın münasibətlərini korlamaq idi. Bu da alınmadı.

"Arada bir müddət oldu ki, Türkiyə daxilində bəzi qüvvələr oldu ki, iki ölkənin münasibətinə xələl gətirməyə çalışdı, amma alınmadı. Əksinə, sonuncu Vaşinqton görüşü göstərdi ki, Türkiyə rəsmiləri nəinki Azərbaycanda olarkən Azərbaycan maraqlarını müdafiə edirlər, hətta Vaşinqtonda Azərbaycan rəhbərləri olmayanda belə Azərbaycanın maraqlarını müdafiə edirlər", - Əhmədoğlu əlavə edib.

Xəbər lenti

Xəbər lenti