...

Bakı şəhər İcra Hakimiyyəti Müsavat partiyasının aksiya keçirməsinə etiraz edilməsinin səbəbini aydınlaşdırıb

Siyasət Materials 27 Aprel 2010 16:01 (UTC +04:00)
Azərbaycan Dəmiryol Vağzalının qarşısında yerləşən Cəfər Cabbarlı meydanı nəqliyyatın intensiv hərəkət etdiyi ərazi olduğundan Bakı şəhər İcra Hakimiyyəti Müsavat partiyasının həmin ərazidə aksiya keçirməsinə etiraz edib.
Bakı şəhər İcra Hakimiyyəti Müsavat partiyasının aksiya keçirməsinə etiraz edilməsinin səbəbini aydınlaşdırıb

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Dəmiryol Vağzalının qarşısında yerləşən Cəfər Cabbarlı meydanı nəqliyyatın intensiv hərəkət etdiyi ərazi olduğundan Bakı şəhər İcra Hakimiyyəti Müsavat partiyasının həmin ərazidə aksiya keçirməsinə etiraz edib. Aksiya aprelin 19-na planlaşdırılmışdı. Bu barədə İcra Hakimiyyəti Aparatından bildirilib.

İcra Hakimiyyəti həmin aksiyanın Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionunda, Səbail rayonu, 20-ci yaşayış sahəsində, yaxud Xətai rayonu, Zığ yolunda keçirilməsini təklif edib.

Xəbər lenti

Xəbər lenti