...

Azərbaycan FHN "8-ci Kilometr" bazarı yaxınlığındakı yanğınla bağlı rəsmi məlumat yayıb

Siyasət Materials 28 Aprel 2010 12:41 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatında qeyd edilir ki, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Azərbaycan FHN "8-ci Kilometr" bazarı yaxınlığındakı yanğınla bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan FHN "8-ci Kilometr" bazarı yaxınlığındakı yanğınla bağlı rəsmi məlumat yayıb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatında qeyd edilir ki, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

"Aprelin 28-də saat 09:09-da Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112 zəng mərkəzi"nə vətəndaş tərəfindən daxil olan məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birində tüstülənmə müşahidə olunub", - Trend-in məlumatına görə, çərşənbə günü nazirliyin rəsmi İnternet saytında məlumat yayılıb.

Məlumatda qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğın hadisəsi ilə əlaqədar saat 09:19-da 3-cü dərəcəli çağırış elan olunub, saat 10:29-da yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin olaraq, yanğının ümumi sahəsinin, təxminən, 1000-1200 kv.m təşkil etdiyi bildirilib. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti