...

Azərbaycanın müxalif "Azadlıq" blokunun deputatlığa namizədlərini sədrlər müəyyənləşdirəcək

Siyasət Materials 3 May 2010 16:41 (UTC +04:00)
Azərbaycanın müxalifət blokunun deputatlığa namizədlərinin siyahısını sədrlər müəyyənləşdirəcək.
Azərbaycanın müxalif "Azadlıq" blokunun deputatlığa namizədlərini sədrlər müəyyənləşdirəcək

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət blokunun deputatlığa namizədlərinin siyahısını sədrlər müəyyənləşdirəcək.

"Blokun deputatlığa namizədlərinin vahid siyahısının müəyyənləşdirilməsi partiya sədrlərinin birgə müzakirəsindən sonra müəyyənləşdiriləcək", - bazar ertəsi Trend-ə "Azadlıq" blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

Trend-in arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Əliyevin sözlərinə görə, blokda təmsil olunan partiyalar hazırda daha çox kütləvi aksiyaların keçirilməsinə maraqlı olduğundan, namizədlərlə bağlı siyahının dəqiqləşdirilməsi yubanır.

"İndi hər bir partiya ayrıca siyahı hazırlayır. Bu proses yekunlaşandan sonra siyahı partiya sədrlərinin müzakirəsinə veriləcək", - partiya sədri əlavə edib.

Növbəti aksiyaya gəldikdə, Əliyev deyib ki, bu məqsədlə yaradılan işçi qrupunun bu gün keçiriləcək iclasında bununla bağlı qərar veriləcək.

"Azadlıq" blokunu 2005-ci il parlament seçkiləri ərəfəsi Azərbaycan Xalq Cəbhəsi, Demokrat, Müsavat və Liberal partiyaları təsis ediblər. Seçkilərdən sonra Demokrat və Müsavat partiyaları blokdan çıxıblar, Vətəndaş və İnkişaf Partiyası isə "Azadlıq" blokuna üzv olub.

Bloka daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası parlament seçkiləri ərəfəsi kütləvi aksiyaların keçirilməsi haqqında qərar verib.

Xəbər lenti

Xəbər lenti