...

Fövqəladə Hallar Nazirliyi Azərbaycanın bəzi rayonlarında yaranmış fövqəladə vəziyyətlə bağlı məlumat yayıb

Siyasət Materials 3 May 2010 17:49 (UTC +04:00)
Nazirliyin internet saytının bazar ertəsi yaydığı məlumata görə, Salyan, Şirvan, Sabirabad, İmişli, Neftçala, Saatlı və Zərdab rayonlarında bəzi ərazilər qrunt və yağış suları ilə dolub.
Fövqəladə Hallar Nazirliyi Azərbaycanın bəzi rayonlarında yaranmış fövqəladə vəziyyətlə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Azərbaycanın bəzi rayonlarında yaranmış fövqəladə vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin internet saytının bazar ertəsi yaydığı məlumata görə, Salyan, Şirvan, Sabirabad, İmişli, Neftçala, Saatlı və Zərdab rayonlarında bəzi ərazilər qrunt və yağış suları ilə dolub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və texnikası həmin ərazilərin sudan təmizlənməsi və digər zəruri tədbirlərin görülməsi üçün hadisə rayonlarına cəlb edilib. Hazırda hadisə rayonlarında yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində nazirlik və digər aidiyyatı qurumlar tərəfindən müvafiq işlər görülür.

Xəbər lenti

Xəbər lenti