...

Türkiyədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə bir sıra tədbirlər keçiriləcək

Siyasət Materials 6 May 2010 15:27 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə bir sıra tədbirlər keçirəcək.
Türkiyədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə bir sıra tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Türkiyədəki səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə bir sıra tədbirlər keçirəcək.

Səfirlikdən cümə axşamı Trend-ə bildiriblər ki, mayın 10-da yerli vaxtla saat 08:00-09:00 radələrində səfir Zakir Həşimov TRT Avazın İctimai TV ilə müştərək hazırladığı "Yeni gün" proqramında iştirak edəcək, ümummilli liderimizin həyat və fəaliyyəti ilə bağlı sualları cavablandıracaq.

Səfirliyin TRT Avaza təqdim etdiyi Heydər Əliyev və Zərifə Əliyevanın həyatına həsr edilmiş "Bir məhəbbətin tarixçəsi" sənədli filmi yayımlanacaq.

Həmin gün daha sonra Ankaradakı Heydər Əliyev parkı ziyarət ediləcək, ulu öndərin heykəlinə əklil qoyulacaq. Ziyarətdə soydaşlarımız, H.Əliyev adına məktəbin müəllim və şagird heyəti, Ankarada təhsil alan tələbə və müdavimlərimiz, Ankara ictimaiyyəti və mətbuat iştirak edəcək.

Mayin 10-da saat 15:00-da səfirlikdə Heydər Əliyevin xatirəsinə həsr olunan rəsmi-bədii tədbir həyata keçiriləcək. Tədbirin bədii hissəsində Azərbaycan bəstəkarlarının əsərləri canlı ifa ilə qonaqların diqqətinə təqdim ediləcək. Tədbirə Türkiyənin rəsmi dairələri, ictimaiyyət, səfirliklərin əməkdaşları, soydaşlarımız, tələbələr, yerli KİV nümayəndələri dəvət edilib.

Xəbər lenti

Xəbər lenti