...

Böyük Vətən Müharibəsinin 65 illiyinə həsr olunmuş paradda Azərbaycan hərbiçiləri Qızıl Meydandan keçib

Siyasət Materials 9 May 2010 13:06 (UTC +04:00)
Azərbaycan hərbiçiləri iştirak etmiş 10 MDB ölkə əsgərləri arasında Qızıl Meydandan keçən ilk hərbiçilər oldular. Bu barədə Vesti telekanalı məlumat verib.
Böyük Vətən Müharibəsinin 65 illiyinə həsr olunmuş paradda Azərbaycan hərbiçiləri Qızıl Meydandan keçib

Аzərbaycan, Bakı, 9 may / Trend, T.Məmmədov/

Mayın 9-da Azərbaycan hərbiçiləri iştirak etmiş 10 MDB ölkə əsgərləri arasında Qızıl Meydandan keçən ilk hərbiçilər oldular. Bu barədə Vesti telekanalı məlumat verib.

Azərbaycandan başqa Qızıl Meydandan Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Ukrayna, Moldova, ABŞ, Boyük Britaniya, Fransa və Polşa hərbçiləri keçib

Paradda adı çəkilən ölkələrin hər birindən 75 əsgər iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş bayram şənliklərində iştirak etmişdir.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölmələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1 124 özünümüdafiə dəstələri təşkil olundu. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollandı. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək mübariz yol keçdilər. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 30 nəfəri "Şərəf" ordeni ilə təltif olundu. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları - İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə; generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlıqları lə bizim xalqın şərəfli tarixinə yeni səhifələr yazdılar.

Xəbər lenti

Xəbər lenti