...

Gürcüstan - Rusiya münasibətləri Avropa Şurasının iclasında müzakirə olunacaq

Siyasət Materials 11 May 2010 10:44 (UTC +04:00)
Gürcüstan nümayəndə heyəti mayın 11-də Avropa Şurası (AŞ) xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
Gürcüstan - Rusiya münasibətləri Avropa Şurasının iclasında müzakirə olunacaq

Gürcüstan, Tbilisi, 11 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan nümayəndə heyəti mayın 11-də Avropa Şurası (AŞ) xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Gürcüstanın xarici işlər nazirinn müavini Nino Kalandadze bəyan edib ki, nümayəndə heyətinə xarici siyasət idarəsi rəhbərinin müavini David Calaqaniya rəhbərlik edəcək.

Kalandadzenin sözlərinə görə, gürcü tərəfi iclasda Gürcüstan - Rusiya münasibətlərini və Rusiyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetriməməsini müzakirə etmək üçün daha bir imkan əldə edəcək.

Xəbər lenti

Xəbər lenti