Azərbaycan, Bakı, 11 may /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın Baş Konsulluğunda Los-Anceles dairəsinin (Los Angeles County) rəhbərliyi adından rəsmi təbriklərin təqdim olunması mərasimi keçirilib. Protokol xidmətinin nümayəndəsi baş konsul Elin Süleymanova fəxri fərman təqdim edilib. Orada Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərqərar olmasındakı xidmətləri qeyd edilib.
Ümummilli Liderin ad günü ilə əlaqədar Baş Konsulluğun ünvanına Kaliforniyanın Orinc dairəsinin (Orange County) rəhbərliyindən də təbrik məktubları daxil olub.