...

Azərbaycanın müxalif Ümid Partiyası 60 dairə üzrə namizədlərini müəyyənləşdirib

Siyasət Materials 13 May 2010 12:29 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyası Parlament seçkilərində 80 dairədən deputatlığa namizəd irəli sürmək niyyətindədir.
Azərbaycanın müxalif Ümid Partiyası 60 dairə üzrə namizədlərini müəyyənləşdirib

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyası Parlament seçkilərində 80 dairədən deputatlığa namizəd irəli sürmək niyyətindədir.

"Artıq 60 dairədən irəli sürəcəyimiz namizədlərin adları bəllidir və daha 20 dairə üzrə namizədlərin müəyyənləşdirilməsi üçün müzakirə aparırıq", - cümə axşamı Trend-ə Ümid Partiyasının sədr müavini Ənvər Ağayev bildirib.

Trend-in arayışı: Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Ağayevin sözlərinə görə, iddialılar çox olduğu səbəbindən, 20 dairə üzrə namizədlərin müəyyənləşdirilməsi ləngiyir. "Biz istəyirik, daha şanslı partiya üzvləri namizəd olsunlar. Bunu nəzərə alaraq, iddialı namizədlər arasında kimin daha çox şansı olub-olmadığını araşdırırıq", - partiya funksioneri əlavə edib.

Parlament seçkilərində digər müxalifət partiyaları ilə əməkdaşlığa gəldikdə, sədr müavini deyib ki, bununla bağlı aparılan müzakirələrin ilkin mərhələsi uğursuz alınıb.

"Amma deputatlığa namizədlər müəyyənləşdiriləndən və seçki kampaniyasına rəsmi strat veriləndən sonra, müzakirələrin yenidən başlayacağını istisna etmirəm", - o vurğulayıb.

Ağayev mayın 22-də keçirmək istədikləri aksiya üçün artıq Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktubla müraciət etdiklərini də bildirib.

"Mayın 1-nə təyin etdiyimiz aksiyaya istədiyimiz ərazilərdə razılıq verilmədiyinə görə, qarşıdurma yaranmaması üçün təxirə saldıq. Bu dəfə aksiyanı keçirmək üçün yalnız "Nərimanov" metro stansiyası qarşısındakı meydanın ayrılmasını xahiş etmişik. Müraciətimizə cavab veriləndən sonra, aksiya ilə bağlı qəti qərarımızı açıqlayacağıq", - sədr müavini xatırladıb.

Müхаlifəti təmsil еdən Ümid Pаrtiyаsı 1993-cü ildə yаrаdılıb. 2002-ci ildə Vətəndаş Birliyi Pаrtiyаsı (VBP) Ümid Pаrtiyаsınа birləşib. VBP-nin sədri оlmuş İqbаl Аğаzаdə Ümid Pаrtiyаsınа sədr sеçilib. Аğаzаdə Milli Məclisin dеputаtıdır.

Xəbər lenti

Xəbər lenti