...

Azərbaycanın sığorta şirkətinin səhmdarları lisenziya fəaliyyətinin bərpası üçün kapital qoyuluşuna hazırdırlar

Siyasət Materials 13 May 2010 15:49 (UTC +04:00)
Ümumi kapital səviyyəsinin normativ tələblərinə uyğun olmadığına görə mayın əvvəlində Azərbaycanın Maliyyə Nazirliyi tərəfindən lisenziya fəaliyyəti dayandırılan Azərbaycanın sığorta şirkəti "Azal Sığorta"nın səhmdarları şirkətin fəaliyyətini bərpa etmək məqsədilə əlavə kapital qoyuluşuna hazırdırlar.
Azərbaycanın sığorta şirkətinin səhmdarları lisenziya fəaliyyətinin bərpası üçün kapital qoyuluşuna hazırdırlar

Аzərbaycan, Bakı, 12 may /Trend, müxbir Ü.İsmayılova/

Ümumi kapital səviyyəsinin normativ tələblərinə uyğun olmadığına görə mayın əvvəlində Azərbaycanın Maliyyə Nazirliyi tərəfindən lisenziya fəaliyyəti dayandırılan Azərbaycanın sığorta şirkəti "Azal Sığorta"nın səhmdarları şirkətin fəaliyyətini bərpa etmək məqsədilə əlavə kapital qoyuluşuna hazırdırlar. Bu barədə çərşənbə günü şirkətdən verilən məlumatda belə deyilir.

"Hazırda şirkətin təsisçiləri ümumi kapital qoyuluşunun həcmini dəqiqləşdirirlər", - şirkətdən bildirilib.

Şirkətin ümumi kapital qoyuluşunun hazırkı səviyyəsini açıqlamayan şirkət nümayəndəsi onun Maliyyə Nazirliyinin tələbləri - cari ilin yanvar ayının 1-nə görə iki milyon manatla uyğun gəlmədiyini deyib.

Azərbaycan Maliyyə Nazirliyinin əmri ilə 2010-cu il mayın 7-də üç şirkətin - "Günay Sığorta", "Azal Sığorta" və "Amrah Sığorta"nın sığorta fəaliyyətinin həyata keçirilməsi üzrə lisenziyası dayandırılıb. Belə qərar sığorta qanunvericiliyi ilə müəyyən edilmiş ödəniş qabiliyyəti və sığortaçıların maliyyə sabitliyi normativlərini yerinə yetirməsi üzrə dövlət sığorta nəzarəti orqanının göstərişlərinin yerinə yetirilməməsi ilə bağlıdır.

Bundan əvvəl, aprelin sonlarında ölkənin sığorta bazarında fəaliyyətini dayandıran "Azİnvest Sığorta" ASC-yə sığorta fəaliyyəti üzrə müddətsiz lisenziyanın verilməsindən imtina edilmişdi.

"Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq, 2010-cu il yanvarın 1-dən sığorta şirkətləri ümumi kapitalı iki milyon manatadək çatdırmalıdır.

Nəticədə, adları çəkilən üç şirkətin fəaliyyəti dayandırılıb. Ölkənin sığorta bazarında 24 şirkət qalıb.

Hava nəqliyyatı sığortası üzrə ixtisaslaşmış "Azal Sığorta" şirkətinin əsası 1995-ci ildə qoyulub. Şirkətin təsisçisi "AZAL" QSC-dir. Bu gün şirkət ölkənin sığorta bazarında sığorta haqqının həcminə görə lider hesab olunur. Birinci rübün yekun nəticələrinə əsasən, şirkətin sığorta haqları 11,86 milyon manat təşkil edib.

Mayın 12-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti