...

Azərbaycan və Rusiya politoloqlarının əməkdaşlığı iki ölkə münasibətlərinin inkişafına nəzərəçarpacaq töhfə verəcək – RF səfiri

Siyasət Materials 14 May 2010 12:29 (UTC +04:00)
Azərbaycan və Rusiya politoloqlarının əməkdaşlığı iki ölkə münasibətlərinin inkişafı üçün mühüm önəm daşıyır. Cümə günü RF səfiri Vladimir Doroxin "Azərbaycan və Rusiyanın Yaxın və Orta Şərqdə rolu" konfransının açılışında bəyan edib.
Azərbaycan və Rusiya politoloqlarının əməkdaşlığı iki ölkə münasibətlərinin inkişafına nəzərəçarpacaq töhfə verəcək – RF səfiri

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Ü.Sadıqova/

Azərbaycan və Rusiya politoloqlarının əməkdaşlığı iki ölkə münasibətlərinin inkişafı üçün mühüm önəm daşıyır. Cümə günü RF səfiri Vladimir Doroxin "Azərbaycan və Rusiyanın Yaxın və Orta Şərqdə rolu" konfransının açılışında bəyan edib.

Bakıda "dəyirmi masa" Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Elxan Nuriyevin və Rusiya Strateji Araşdırmalar İnstitutunun (RSAİ) direktoru Leonid Reşetnikovun iştirakı ilə keçirilib.

Konfrans 2009-cu ilin oktyabrında Moskvada Azərbaycan SAM ilə RSAİ arasında keçirilən "dəyirmi masa"nın davamı olub.

Doroxinin sözlərinə görə, tərəflər arasında müzakirələrdə əməkdaşlığın bütün sahələrinə - maliyyə, iqtisadi, hərbi və siyasi sahələrə toxunulub. Rusiyalı diplomatın fikrincə, azərbaycanlı politoloqlarla görüşlər elmi müzakirələrin çərçivəsinə daxildir və iki müstəqil, öz siyasətlərini sərbəst şəkildə quran dövlətlərin münasibətlərinin inkişafına töhfəsini verəcək. "Tərəflər arasında nəzəri və analitik müzakirələr bir-birini daha yaxşı anlamağa kömək edir", - Doroxin belə deyib.

"Dəyirmi masa"nın gedişindəki fikir mübadilələri və müzakirələr ölkələrimizin beynəlxalq fəaliyyətinin bütün aspektlərini, hər şeydən əvvəl Rusiyanın beynəlxalq siyasətini daha yaxşı anlamağa kömək edir", - Doroxin bildirib. - "Bizim regionda [Yaxın və Orta Şərqdə] maraqlarımız məlum və aydındır, orada heç bir məxfilik və ikili standart yoxdur".

Azərbaycan SAM-ın rəhbəri Elxan Nuriyevin sözlərinə görə, Rusiya və Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığın nümunəsini nümayiş etdirə bilər.

Azərbaycanın təkcə Qafqazda deyil, həm də bütün Yaxın Şərqdə əsas fiqurantlardan biri olan Rusiya ilə əməkdaşlıq da daxil olmaqla, Cənubi Qafqazda artmaqda olan rolu Yaxın və Orta Şərqdə gedən proseslərə təsir edir.

"Belə əməkdaşlıq təkcə Qafqaz - Xəzər regionunda deyil, həm də bütün Yaxın Şərqdə sabitliyin əldə olunmasına gətirib çıxaracaq", - Nuriyev deyib.

Azərbaycan və Rusiya arasında münasibətlərin gələcəkdə inkişafı və dərinləşməsi dialoq və iqtisadi əməkdaşlığın möhkəmlənməsi və genişlənməsindən asılıdır.

"Bu gün dünyanın ən iri dövləti kimi Rusiya Prezident İlham Əliyev tərəfindən aparılan Azərbaycanın balanslaşdırılmış siyasətini anlayır və dəstəkləyir", - SAM rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti